Bakı 16˚C Mostly cloudy

Bezosun sevgilisinin Di Kaprio ilə baxışı gecəyə damğa vurdu - VİDEO

Maraqlı 12:20 09 noy, 2021

Dünya Ceff Bezosun sevgilisi Lauren Sançezin Leonardo Di Kaprioya baxışından danışır

Bezosun sevgilisinin Di Kaprio ilə baxışı gecəyə damğa vurdu - <span style="color:red">VİDEO</span>

Dünyanın ən varlı adamı, "Amazon"un yaradıcısı Ceff Bezos sevgilisi olan xəbər aparıcısı Lauren Sançezlə 10-cu "LACMA ART" adlı qala gecəsinə qatılıb.

Məşhur çütlük qırmızı xalça üzərinə çıxaraq paparatsilərə əl-ələ səmimi pozlar verib.

Gecəyə sponsorluq edən məşhur aktyor Leonardo Di Kaprio olub. Bu mərasim ötən il keçirilən "Oskar" mərasimindən bu yana ən çox ulduzun qatıldığı tədbir olub.

“Amazon” milyarderinin sevgilisi Lauren Sançez-lə "Titanik"in aktyor ilə əyləncə gecəsində sevgi dolu baxışı hər kəsin dilinə düşüb.

 

Bezos sevgilisi ilə aktyorun danışdığı videodan sonra Leonardo Di Kaprionu öz “Twitter” hesabından zarafatla hədələyib.

 

Qalaya qatılan cütlüklər arasında Stiven Spilberq və Keyt Kapşou, Selma Hayek və Fransua-Henri Pinault, Peris Hilton və nişanlısı Karter Reum, Benedikt Kamberbatç və Sofi Hanter olub. Uollis Annenberq, Maykl Qovan, Marko Bizzarri, Alessandro Mişel, Eva Çou, Emi Şerald və Kehinde Uayli də qonaqlar arasında yer alıb.