Biləsuvar sakininin ölümünün bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Biləsuvar sakininin tüfəngdən açılan atəş nəticəsində ölməsinin bəzi təfərrüatları məlum olub.
Qazet.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi yaxınlığında ov zamanı baş verib.
Belə ki, Biləsuvar şəhər sakini, 1967-ci il təvəllüdlü Tağıyev Zakir Gülab oğlu ov zamanı başından qırma xəsarətləri alıb. Daha sonra təcili yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin mərhumun özü və ya başqası tərəfindən törədilməsi dəqiqləşdirilir.
Faktlı ilə bağlı araşdırma aparılır.
***
Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.