Bakı 17˚C Cloudy

Biləsuvarda 3 otaqlı ev yanıb

Hadisə 03:13 09 yan, 2023
Biləsuvarda 3 otaqlı ev yanıb

Biləsuvar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, rayonun Əliabad kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 20 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 18 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.