Bakı 11˚C Mostly cloudy

Biləsuvarda təbii qazın verilişi dayandırılacaq

Cəmiyyət 17:53 10 dek, 2022
Biləsuvarda təbii qazın verilişi dayandırılacaq

Biləsuvar rayonunda 3 gün təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Qazet.az xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə, 13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacaq.