Bill Qeyts atom elektrik stansiyası tikir
Biznes
19:24 17 noy, 2021
Bu barədə Bill Qeytsə məxsus enerji investisiya şirkəti “TerraPauer” açıqlama yayıb.

"Microsoft"un qurucusu, milyarder Bill Qeyts Vayominq ştatının Kemmerer şəhərində atom elektrik stansiyasının tikintisinə hazırlaşır.
Qazet.az xəbər verir ki, bu barədə Bill Qeytsə məxsus enerji investisiya şirkəti “TerraPauer” açıqlama yayıb.
4 milyard dollar sərmayə ilə həyata keçiriləcək layihənin maliyyələşdirilməsinin təxminən yarısının dövlət tərəfindən qarşılanacağı bildirilib.
Şirkətdən verilən açıqlamaya görə, sözügedən zavod 2028-ci ildə fəaliyyətə başlayacaq.