Bill Qeyts ən gəlirli peşəni açıqladı
Maraqlı
14:51 28 iyl, 2022
Bill Qeyts bu sahədə çalışanların "Tesla" və "Microsoft"u geridə qoya biləcəklərini bildirib

“Microsoft”un yaradıcısı, dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts bəşəriyyətin gələcəkdə hansı peşələrə maraq göstərməsini açıqlayıb.
Qazet.az xəbər verir ki, insanların iqlim dəyişikliyi və iqlim texnologiyaları ilə məşğul olmasının lazım olduğunu deyən Bill Qeyts bu sahədə çalışanların "Tesla" və "Microsoft"u geridə qoya biləcəklərini bildirib.
Bill Qeyts "İqlim texnologiyası asan sahə deyil. Əslində, təhlükəlidir, lakin müqavimət göstərənlər yaxşı qazanc əldə edəcəklər", - deyə əlavə edib.