Bakı 18˚C Windy

Bill Qeyts koronovirusla mübarizəyə 120 milyon dollar vəsait ayırdı

Gündəm 12:45 21 okt, 2021

Həblərin aşağı gəlirli ölkələrə çatdırılması üçün 120 milyon dollara qədər vəsait ayırıb

Bill Qeyts koronovirusla mübarizəyə 120 milyon dollar vəsait ayırdı

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts aşağı gəlirli ölkələrə COVID-19-la mübarizə üçün maliyyə yardımı edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, milyarder əczaçılıq şirkəti “Merck & Co.”nun koronavirusa qarşı istehsal etdiyi həblərin aşağı gəlirli ölkələrə çatdırılması üçün 120 milyon dollara qədər vəsait ayırıb.

“Bu pandemiyaya son qoymaq üçün, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin həyatı xilas edən dərmanlardan istifadəsini təmin etməliyik”, - deyə dünyanın ən böyük xeyriyyəçilik fondlarından biri olan “Bill və Melinda Qeyts Fondu”ndan verilən açıqlamada qeyd olunur.