Bill Qeyts yaxtada ad günü keçirdi - TƏNQİD OLUNDU
Bill Qeytsin yaxta ilə keçirdiyi tətil həftədə 2 milyon dollara başa gəlir
"Amazon"un qurucusu Ceff Bezos da daxil olmaqla bir çox qonaqla özünə yaxtada ad günü keçirən Bill Qeyts böyük reaksiya doğurub.
Qazet.az xəbər verir ki, ötən həftədən lüks yaxtası ilə Egey və Aralıq dənizi sahillərində tətil edən "Microsoft"un qurucusu ekoloqların tənqidinə səbəb olub. Belə ki, Qeyts yaxtası ilə səyahətləri zamanı gündə orta hesabla 19 ton karbon qazı buraxır. Bu da bir zaman təbiəti qorumağa çağıran Billin etinasız yanaşmasını ortaya qoyub.
Bununla yanaşı Qeytsin Türkiyənin Muğla və Aydın ərazilərinə sərmayə qoymaq üçün 3 milyon kvadratmetr ərazi axtardığı bildirilib.
Qeyd edək ki, 66 yaşlı Bill Qeytsin yaxta ilə keçirdiyi tətil həftədə 2 milyon dollara başa gəlir.