Bakı -0˚C Cloudy

Bill Qeytsin keçmiş yoldaşı qazandığı milyardları qızına xərcləməyə başladı - FOTO

Maraqlı 14:35 17 sen, 2021

Bill Qeytsin varidatının yarısına sahib olan keçmiş yoldaşı qızı üçün aldığı pulları xərcləməyə başlayıb

Bill Qeytsin keçmiş yoldaşı qazandığı milyardları qızına xərcləməyə başladı - <span style="color:red">FOTO</span>

Microsoftun qurucusu, Amerikalı milyarder Bill Qeyts ilə 27 illik evliliyinə son qoyan Melinda Qeyts evlənməyə hazırlaşan 25 yaşlı qızı Cennifer Qeyts üçün subaylığa vida məclisi hazırlayıb.

Qazet.az xəbər verir ki, Cennifer misirli peşəkar atçı Nayel Nassarla evlənəcəyi deyilir.

Yalnız qadınların dəvət olunduğu mərasim  Melinda Qeytsin uşaqları ilə birlikdə Vaşinqtonda yaşadığı göl sahilindəki 125 milyon dollarlıq malikanənin bağçasında keçirilib.

Cennifer Qeyts çəkilmiş şəkillərini sosial media hesabında yerləşdirərək anasına xüsusilə təşəkkür edib və  şənliyə qatılan ailə üzvləri və yaxın dostlarından da məmnunluğunu ifadə edib. 

Qeyd edək ki, Cennifer Qeyts, 30 yaşındakı Nayel Nassar ilə nişanlandığını ötən ilin yanvar ayında sosial media hesabında paylaşım ilə bildirib. 

Bill Qeytsin qızı tibb fakültəsinin tələbəsidir və eyni zamanda at sürməklə də maraqlanır. 

 

 

 

Günay Cavanşir 

-