Bakı 9˚C Intermittent clouds

Billi Ayliş “Vogue” jurnalının ilk rəqəmsal üz qabığında çəkilib

Maraqlı 16:44 05 yan, 2023
Billi Ayliş “Vogue” jurnalının ilk rəqəmsal üz qabığında çəkilib

Müğənni Billi Ayliş ilk dəfə “Vogue” jurnalının üz qabığı videosunda yer alıb.

Qazet.az xəbər verir ki, ifaçı jurnala bədəni ilə münasibəti və mübarizəsi barədə danışıb.

“Yeniyetmə olanda özümə nifrət edirdim. Bunun çoxu bədənimə olan qəzəbdən, mənə yaşatdığı ağrıdan irəli gəlirdi”, - Ayliş bildirib.

Məşhurun sözlərinə görə, o bir zamanlar rəqslə məşğul olub, lakin omba zədəsi karyerasını davam etdirməsinə imkan verməyib.

“Mən bədənimin özüm olduğunu başa düşmək prosesindən keçməli oldum. Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir, onlar mənim üçün bir növ zirehdir”, - deyə Ayliş vurğulayıb.

Lakin o, 2021-ci ildə “Met Gala” gecəsində don geyinərək bədəninə yanaşmasını yenidən nəzərdən keçirmək qərarına gəldiyini deyib.