Binəli Yıdırım: "Artıq BMT problemləri həll edə bilmir"
Siyasət
16:42 04 noy, 2021
“Əgər qəbul edilən qətnamələr icra edilmirsə, bunun heç bir mənası yoxdur”
“Artıq BMT problemləri həll edə bilmir. Bu təşkilata olan inam və etimad itib”.
Qazet.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıdırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
"Əgər qəbul edilən qətnamələr icra edilmirsə, bunun heç bir mənası yoxdur. Bu da quruma olan etimadı azaldır", - o vurğulayıb.