Bakı 9˚C Windy

Binəqədidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Hadisə 11:12 19 yan, 2022

Hadisənin təfərrüatı araşdırılır

Binəqədidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Qazet.az xəbər verir kiI hadisə Binəqədi rayonunda qeydə alınıb.

Sulutəpə qəsəbəsində 1984-cü il təvəllüdlü Əfəndiyev Orxan Oktay oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Əfəndiyeva Elnaz Muradəli qızı və ailənin 13 yaşlı övladı Əfəndiyev Oktay Orxan oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.