Bakı 27˚C Mostly cloudy

Binəqədidə yaşayış binasında yanğın olub

Hadisə 11:56 28 okt, 2021

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Binəqədidə yaşayış binasında yanğın olub

Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.