Bakı 9˚C Intermittent clouds

Binəqədidəki partlayışda ev sahiblərinə dəymiş zərəri kim qarşılayacaq? - VİDEO

Hadisə 20:37 07 yan, 2023
Binəqədidəki partlayışda ev sahiblərinə dəymiş zərəri kim qarşılayacaq? - VİDEO

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonu ərazisində, yaşayış binasında baş verən və bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən qorxunc partlayış xoşagəlməz hadisələrdən sığortalanmaq məsələsini bir daha gündəmə gətirdi.

Məlumata görə, hadisə zamanı ümumilikdə 4 mənzilə ciddi ziyan dəydi, qapı-pəncərələr və arakəsmə divarlar dağıldı. Bəs görəsən, belə hallarda ev sahiblərinə dəymiş zərər kim tərəfindən qarşılanmalıdır?

Mövzu ilə bağlı Baku TV-yə danışan hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, bu cür hadisələr zamanı əvvəlcə ekspertiza aparılmalı və təqsirkar tərəf müəyyən edilməlidir.

Sığorta üzrə ekspert Vüsal Bədəlov isə deyir ki, partlayış baş verən mənzilin sahibinin icbari və ya könüllü əmlak sığortasının olması mütləqdir.

Mütəxəssisin sözlərinə görə, zərərçəkmiş tərəflər öz mənzillərini könüllü sığorta etmiş olsaydılar, o zaman daşınan əmlaklara görə dəymiş ziyanı da sığorta şirkəti qarşılayardı. Əks halda dəymiş zərər ekspertizanın müəyyən edəcəyi təqsirkar tərəfindən ödənməlidir.

Ancaq indiki halda, yəni Binəqədi rayonu, Cavadxan küçəsində baş vermiş partlayışda mənzil sahibinin dünyasını dəyişdini nəzərə alsaq, vəziyyət bir az qəlizləşir.

Daha ətraflı süjetdə: