Bakı 15˚C Sunny

“BioNTech” şirkəti yeni peyvənd hazırlayır - Oktyabrda...

Gündəm 17:00 09 avq, 2022

Britaniya qəzeti yazır

“BioNTech” şirkəti yeni peyvənd hazırlayır - Oktyabrda...

İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi “Omikron” ştammının altvariantları BA.4 və BA.5 üçün həyəcan təbili çalır.

Qazet.az xəbər verir ki, Almaniyada fəaliyyət göstərən türkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları “BioNTech” şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin anonsunu verib.

Hazırlanmış koronavirus peyvəndinin hazırkı versiyasının klinik sınaqlarına başlayacağını açıqlanıb. Testlərin bu ay başlaması gözlənilir.

Sözügedən peyvəndin “Omikron”un BA.4 və BA.5 kimi yeni variantlarına qarşı hazırlandığı vurğulanıb.

Eyni açıqlamada peyvəndin bu il satışa çıxarılmasının gözlənildiyi də bildirilib. Britaniya qəzeti yazıb ki, şirkət lazımi razılıqları alarsa, peyvəndin paylanması oktyabrda başlaya bilər.