Bir ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - YENİLƏNİB
Bakıda evdə bıçaqlanan şəxslərdən biri dünyasını dəyişib.
Qazet.az xəbər verir ki, naməlum şəxs tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq, xəstəxanda ölüb.
***
Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.