Bakı 9˚C Intermittent clouds

Bir ailənin faciəsi - "Həyatın zülmü" adlı foto dünya mükafatı qazadı

Multimedia 12:23 25 okt, 2021

Əlil ata və oğulun birgə şəkli dünya müjafatına layiq görüldü

Bir ailənin faciəsi - "Həyatın zülmü" adlı foto dünya mükafatı qazadı

Suriyada illərdir davam edən müharibə yüz minlərlə insanın həyatına son qoyub və milyonlarla insanın isə yurdlarından didərgin salıb.

Müharibə eyni zamanda bir çox insanların həyat işığını da söndürüb. Türkiyəli fotoqraf Mehmet Aslan faciəvi vəziyyəti sadəcə bir şəkillə təsvir edib.

Qazet.az xəbər verir ki, "Həyatın zülmü" adlı foto prestijli "Siena International Photo Awards 2021" mükafatına layiq görülüb.

Bu şəkildə ata ilə oğulun Türkiyənin Reyhanlı ərazisində birgə oynamağını əks elətdirir.

Beş yaşlı Mustafa tetra-amelia xəstəliyi ilə dünyaya gəldiyi üçün yuxarı və aşağı ətrafları yoxdur. Xəstəliyin səbəbi isə anasının Suriya müharibəsi zamanı qaz zəhərlənməsinə görə aldığı müalicə olub.

Ata Münzir isə Suriyada İdlibdə bazarda gəzərkən bomba atılması nəticəsində sağ ayağını itirib.

Şəkildə də göründüyü kimi balaca Mustafanın fəaliyyətini bərpa etməsi üçün elektronik cihazlara ehtiyacı var.

Bu şəkil 163 ölkədən on minlərlə foto arasında qlibiyyət qazanıb.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.