Bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs öldü - FOTO
Gündəm
11:06 29 noy, 2022
![Bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs öldü - FOTO](https://qazet.az/resized/fit900x500/center/pages/126934/1454660.jpg)
Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib.
Qazet.az xəbər verir ki, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.
Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.