Bakı 23˚C Mostly cloudy

Bir azdan bütün dünyaya müjdə verəcəyik - Ərdoğan

Gündəm 16:00 22 iyl, 2022

Müjdəli xəbər problemləri aradan qaldıracaq

Bir azdan bütün dünyaya müjdə verəcəyik - Ərdoğan

Bir azdan Dolmabağça ofisində Rusiya və Ukrayna heyətlərinin iştirakı ilı “Taxıl daşınması sazişi” imzalanacaq. Prezident Rəcəb Tayyib Ərdoğan, “Bir az sonra BMT baş katibinin iştirakı ilə, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı dəhlizi ilə bağlı problemlərin öhdəsindən gələcəyik. Taxıl məsələsini bu imzalarla dünyaya müjdəsini verəcəyik. Bu gün Eyüpsultan Bələdiyyəsi tərəfindən tamamlanan 456 milyon lirəlik 41 fərqli layihənin açılışını edirik.”.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bu imzalama mərasimi ilə İstanbuldan dünyaya bir müjdə veriləcək.

Ərdoğan həmçinin deyib ki, bu saziş taxıl dəhlizi ilə bağlı problemləri aradan qaldıracaq.




Qaynaq