Bir çox ölkələrdə TikTok qadağan olunur
Gündəm
18:23 03 noy, 2021
Bu məsələ ABŞ-da da müzakirə mövzusuna çevirilib

Dünyada bir sıra ölkələr TikTok sosial şəbəkəsini bloklamaq üçün müzakirələr aparır.
Qazet.az xəbər verir ki, bildirilir ki, Çin mənşəli platforma yeniyetmələr və gənclərin psixologiyasına zərər verir. Bu məsələ ABŞ-da da müzakirə mövzusuna çevirilib. Dövlət səviyyəsində TikTok sosial mediasının zərərləri barədə fikirlər səsləndirilib. Məlumata görə, 1,29 milyard aktiv istifadəçisi olan platfromanın istifadəçilərinin əksəriyyəti 13-24 yaş arasındadır.
Qeyd edək ki, Pakistan, İndoneziya, Banqladeş və Hindistan TikTok platfromasını qadağan edib.