Bakı 21˚C Mostly cloudy w/ showers

"Bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı da azad etdi" - İbrahim Kalın

Siyasət 19:00 15 sen, 2021

Türkiyə Prezident Administrasiyasının sözçüsü Bakının qurtuluş günü ilə bağlı paylaşım edib

"Bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı da azad etdi" - İbrahim Kalın

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib.

Qazet.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Qafqaz İslam Ordusunun Bakını azad etməsinin ildönümündə Nuru Paşa başda olmaqla bütün şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirəm. Bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı da azad etdi. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir".