Bakı -6˚C Cloudy

Bir funta alınan zinət əşyası dəyəri minlərlə funt olan brilyant üzük çıxdı - FOTO

Gündəm 12:08 14 dek, 2021

Verilişdə əntiq qiymətləndiricilər yerli sakinlərlə görüşür və onların gətirdikləri əşyalara qiymət qoyurlar

Bir funta alınan zinət əşyası dəyəri minlərlə funt olan brilyant üzük çıxdı - <span style="color:red">FOTO</span>

Böyük Britaniyada yerli sakinin xeyriyyə dükanından bir funt sterlinqə (2,25 manat) aldığı üzük dəyəri azı 2000 funt sterlinq (4,5 min manat) olan zinət əşyası çıxdı.

Qazet.az-ın məlumatına görə, qadın “Antiques Roadshow” televiziya şousunda iştirak edib. Verilişdə əntiq qiymətləndiricilər yerli sakinlərlə görüşür və onların gətirdikləri əşyalara qiymət qoyurlar.

Con Benjamin adlı mütəxəssis cüzi qiymətə alınan üzüyün arxasındakı günəş işığı naxışının 1790-1800-cü illər arasında hazırlanmış zərgərlik üçün xarakterik olduğunu bildirib. O əlavə edib ki, 22 karatlıq parlaq sarı qızıl üzük çox güman ki, Hindistanda hazırlanıb.

İngilis qadın eşitdiklərindən heyrətə gəlib və üzükdəki qiymətli daşı adi rəngli şüşə hesab etdiyini etiraf edib.

 

Mənbə: BBC