Bir gündə 32 minə yaxın şəxs peyvənd olundu
Cəmiyyət
21:22 11 dek, 2021
Buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 137 970 təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 299 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 869 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 117 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 613 676, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 137 970 təşkil edir.