Bakı 6˚C Dreary

Bir həftə ərzində dünyada koronavirusa yoluxma hallarının 9 faiz azalıb - ÜST

Cəmiyyət 03:48 12 yan, 2023
Bir həftə ərzində dünyada koronavirusa yoluxma hallarının 9 faiz azalıb - ÜST

Yanvarın 2-dən 8-dək 2,9 milyona yaxın insan koronavirus infeksiyasına yoluxub, 11 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 9 faiz, ölənlərin sayı isə 12 faiz azalıb.

Qazet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, dünyada bir həftə ərzində 2 898 131 yoluxma, 11 134 ölüm halı qeydə alınıb. Yaponiyada son 7 gündə ən çox yoluxma qeydə alınıb - 1 070 496. Ondan sonra ABŞ (462 944), Koreya Respublikası (403 800), Çin (204 609) və Braziliya (145 933) gəlir. Bir həftə ərzində ən çox ölüm hadisəsi ABŞ-da 2,695, daha sonra Yaponiya (2,149), Braziliya (926), Çin (722) və Fransada (621) qeydə alınıb.

Əvvəlki 7 günlə müqayisədə (dekabrın 26-dan yanvarın 1-dək)​​yoluxma halların artması Qərbi Sakit okean regionunda (1 faiz artım) qeyd edilib. Lakin Avropada 36 faiz, Cənub-Şərqi Asiyada (SEA) 27 faiz, Afrikada 23 faiz, Amerikada 7 faiz, Şərqi Aralıq dənizində 1 faiz azalıb.