Bakı 30˚C Intermittent clouds

Bir il öncə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb

Tarix 11:24 18 okt, 2021

Xudafərin körpüsünün azad edilməsindən bir il keçir

Bir il öncə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb

Azərbaycan tarixinin canlı şahidi Xudafərin körpüsü bir il əvvəl bu gün azadlığa qovuşub. Azərbaycan ordusu Araz çayı boyunca aparılan hərbi əməliyyatlar sayəsində tarixi Xudafərin körpüsü nəzarətə keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını tvitter paylaşımında təbrik edib.

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" , - deyə dövlət başçısı tvitter səhifəsində paylaşıb.