Bir matçda 10 futbolçu qırmızı vərəqə aldı: Oyun dayandırıldı
İdman
10:02 07 noy, 2022
Argentinada "Boka Xuniors" və "Rasinq" arasında keçirilən Çempionlar Kubokunun final oyununda 10 futbolçu qırmızı vərəqə alıb.
Qazet.az-ın məlumatına görə, qarşılaşmanın əsas vaxtında hər iki komandadan bir oyunçu meydandan qovulub. Həmin vaxt hesab bərabər olub - 1:1
118-ci dəqiqədə "Rasinq"in qolundan sonra insident baş verib. Baş hakim Fakundo Tello daha bir neçə futbolçuya qırmızı vərəqə göstərib.
"Boka Xuniors"un 7 üzvü meydandan kənarlaşdırıldığı üçün "Rasinq" qalib elan edilib.
Las 7 expulsiones de jugadores de campo en #Boca vs #Racing:
— Locos x un Gol (@locosxungol) November 6, 2022
📌BOCA
🔴Min 90+4 Villa
🔴Min 99 Varela
🔴Min 124 Advincula
🔴Min 127 Fabra
🔴Min 129 Benedetto
📌RACING
🔴Min 90+4 Carbonero
🔴Min 123 Alcaraz
📌Arbitraje de Tello pic.twitter.com/vc1vgJsAl9