Bakı 6˚C Dreary

Bir mundialda ən çox qol vurmuş futbolçular

İdman 10:46 18 noy, 2022
Bir mundialda ən çox qol vurmuş futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Qazet.az-ın məlumatına görə, bir mundialda ən çox qol vurmuş oyunçular açıqlanıb.

Fransa millisinin sabiq üzvü Jyust Fonten 1958-ci ildəki turnirdə 13 qolla yadda qalıb. 1954-cü ildəki yarışda 11 qola imza atan macarıstanlı Şandor Kocsiş ikinci, 1970-ci ildə 10 qol vuran Gerd Müller üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

  Futbolçu Ölkəsi Qollar Oyun sayı Mundiallar
           
1 Jyust Fonten Fransa 13 6 1958
2 Şandor Kocsiş Macarıstan 11 5 1954
3 Gerd Müller Almaniya 10 6 1970
4 Ademir Braziliya 9 6 1950
5 Eysebio Portuqaliya 9 6 1966
6 Ronaldo Braziliya 8 7 2002
7 Gilermo Stabile Argentina 8 4 1930
8 Qjegorz Lato Polşa 7 7 1974
9 Jairzinyo Braziliya 7 6 1970
10 Leonidas Braziliya 7 5 1938