Bir qrup təhsil işçisinə fəxri ad verilib
Siyasət
14:51 04 okt, 2022
![Bir qrup təhsil işçisinə fəxri ad verilib](https://qazet.az/resized/fit900x500/center/pages/109510/press-1.jpg)
Prezident İlham Əliyev fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Qazet.az xəbər verir ki, sərəncamla beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:
Kərimov Nazim Baxış oğlu
Qarayev Fuad Abdurahman oğlu
Quliyev Rafiq Meyxoş oğlu.