Bir salxım üzüm hərracda rekord qiymətə satıldı
Maraqlı
03:00 18 iyl, 2022
Yaponiyada bir salxım yüksək keyfiyyətli “Roma yaqutu” sortundan olan üzüm 1,5 milyon iyenə (təxminən 18 min 343 AZN) satılıb.
Yaponiyada bir salxım yüksək keyfiyyətli “Roma yaqutu” sortundan olan üzüm 1,5 milyon iyenə (təxminən 18 min 343 AZN) satılıb.
Qazet.az xəbər verir ki, hərrac Kanadzava mərkəzi topdansatış bazarında keçirilib.
Üzərində 27 giləmeyvə olan 800 qram ağırlığında ən böyük və ən bahalı salxımı hotellər şəbəkəsinin sahibi alıb. Alıcı hotelin qonaqlarını üzümə qonaq etməyi planlaşdırır.
Üzüm ciddi standartlara cavab verir: giləmeyvənin ölçüsü ən azı 3,1 sm diametrdə olmalı və ən azı 18% saxaroza ehtiva etməlidir. Bu sort 2008-ci ildə yaradılıb və yalnız İsikava prefekturasında istehsal olunur.