Bakı 20˚C Sunny

Yeni Youtube rekordu - Bir günə 73 milyon baxış toplayan müğənni

Maraqlı 13:41 12 okt, 2021

Cənubi Koreyanın “Blackpink” qrupunun üzvü Lalisa debüt solo mahnısı ilə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Yeni Youtube rekordu - Bir günə <span style="color:red">73 milyon baxış</span> toplayan müğənni

Lisa ləqəbi ilə daha çox tanınan Lalisa Manobal debüt mahnısı ilə rekord qırıb.

Qazet.az xəbər verir ki, onun klipi ilk gündə “YouTube” platformasında 73,6 milyon baxış toplayıb. 

Bundan əvvəl solo ifaçılar arasında rekord 65,2 milyon baxışla Teylor Svift və onun “Me!” sinqlinə aid idi. 

Lalisa Manobal Cənubi Koreyada yaşayan taylandlı repçi, müğənni və rəqqasdır.