Bakı 8˚C Mostly sunny

Bitcoin 1 ay sonra yenidən 50 min dollara qalxdı

Biznes 11:12 06 okt, 2021

Dünyanın kriptovalyuta bazarında yeni artım dalğası başlayıb

Bitcoin 1 ay sonra yenidən 50 min dollara qalxdı

Dünyanın kriptovalyuta bazarında yeni artım dalğası başlayıb və bitcoin, bir ay sonra yenidən 50 min dolları keçib.

Qazet.az xəbər verir ki, son 5 gündə tədricən artıma başlayan bitcoin oktyabrın 5-də 50 min dollarlıq psixoloji hədd keçib.

Başqa kriptovalarda da artım var – «Ethereum» 3 400 dollardan yuxarı qalxıb, «Litecoin» isə 171 dollar civarındadır.

Qeyd edək ki, bir qədər əvvəl Bank of America-nın analitikləri qarşıdakı dövrlərdə kripto bazarının daha ciddi tənzimlənəcəyini bildirib. Bu da investorları yatırımlara həvəsləndirib.

Nəticədə sentyabr ayında tədricən 39 min dollara düşən Bitcoin, sentyabr ayının sonundan indiyədək davamlı olaraq 20 faizdən çox artıb.

Mənbə