"Bitcoin" avqust ayında ən yüksək səviyyəyə çatdı
Biznes
16:48 08 avq, 2022
Kriptovalyuta bazarının toplam dəyəri 1,19 trilyon ABŞ dollarına qalxıb
Kriptovalyuta bazarında bahalaşma müşahidə edilir.
Qazet.az kriptovalyuta bazarını təhlil edən “CoinGecko” platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 4.6% bahalaşaraq 24 min ABŞ dollar olub. Bu da son 1 həftədə 3.3% bahalaşma deməkdir.
Beləliklə, kriptovalyuta bazarının toplam dəyəri 1,19 trilyon ABŞ dollarına qalxıb.
"CoinGecko"nun Bakı vaxtı ilə saat 16:25-ə olan məlumatları aşağıdakı kimidir.