"Bitcoin"in dəyəri 47 min dolları keçdi
Son 24 saatda isə 34,222 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub
!["Bitcoin"in dəyəri 47 min dolları keçdi](https://qazet.az/resized/fit900x500/center/pages/63833/06be4989-538f-4ee4-ba62-8a281de5f1fd.jpeg)
"Bitcoin"in dəyəri bu gündən başlayaraq aktiv şəkildə artmağa başlayıb və artıq 47 min ABŞ dolları səviyyəsini keçib.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, "Binance" kriptovalyuta birjasında Bakı vaxtı ilə saat 09:11-də "Bitcoin"in dəyəri 5,9% artaraq 47,250 min dollar təşkil edib. "CoinMarketCap" portalının məlumatlna görə, "Bitcoin"in 20 birja üzrə orta qiyməti 5,69% artaraq 47,169 min dollara bərabər olub.
Qeyd edək ki, yanvar ayında "Bitcoin"in dəyəri 17% azaldığı halda, fevral ayında kriptovalyuta 12% bahalaşmışdı. Cari ayda "Bitcoin"in dəyəri bərpa olunmağa davam edir və mart ayı üzrə 8%-lik artım qeydə alınıb. Hazırda "Bitcoin"in bazar kapitalizasiyası 890,543 mlrd. dollar təşkil edir. Son 24 saatda isə 34,222 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub.