Bitkoin maynerləri oktyabrda gəlirlərini 5 dəfə artırıb
Biznes
13:36 04 noy, 2021
Ötən ay bitkoin tranzaksiyasının orta komissiyası 3-4 dollar arasında olub

Bu ilin oktyabr ayında dünya üzrə bitkoin maynerlərinin gəliri 1,72 milyard ABŞ dolları təşkil edib.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bu, sentyabr ayı ilə müqayisəsə 32%, ötən ilin oktyabr ayına nisbətən isə 4,9 dəfə çoxdur.
Ötən ay bitkoin tranzaksiyasının orta komissiyası 3-4 dollar arasında olub.