Bakı 13˚C Windy

Bitkoinin məzənnəsi 25 min dollara düşüb

Biznes 13:15 13 iyn, 2022

Sikkə kotirovkaları 54% ucuzlaşıb

Bitkoinin məzənnəsi 25 min dollara düşüb

Bitkoinin məzənnəsi 2020-ci ilin dekabrından bəri ilk dəfə 25 min dollara düşüb.
Qazet.az xəbər verir ki, bu barədə “İZ.ru” məlumat yayıb. Belə ki, iyunun 13-nə olan məlumata görə, kriptovalyutanın ən aşağı göstəricisi 25 082 dollar təşkil edib, hal-hazırda rəqəmsal valyuta 25 764 dollar səviyyəsində ticarət olunur.

“CoinMarketCap” platformasının təqdim etdiyi məlumata əsasən isə həmin bu vaxt aralığında bitkoinin qiyməti 25 135 dollar olub.

Kriptovalyuta bazarının ümumi kapitallaşması 2021-ci ilin iyul ayından bəri ilk dəfə olaraq 1.2 trilyon dollara qədər azalıb. Son bir həftə ərzində bütün top 20 kriptovalyutaların məzənnələri azalma göstərib, sikkə kotirovkaları 54% ucuzlaşıb.