Bakı 12˚C Mostly cloudy

"Aşpazların bütün problemlərin həll etməyə çalışacağıq" - Orxan Fikrətoğlu

Eksklüziv 13:25 24 okt, 2022
"Aşpazların bütün problemlərin həll etməyə çalışacağıq" - Orxan Fikrətoğlu

Bu gün "Baku Marriott  Boulevard Hotel"də Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə Milli Kulinariya Konqresi keçirilir.

Qazet.az xəbər verir ki, nahar fasiləsində Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu jurnalistlərin suallarını cavablandırıb. 

"Milli Kulinariya Mərkəzi tamamilə yeni konteksdə, tamamilə yeni yanaşmada gördüyü işlər bəllidir. Şuşada keçirilən festival, saytın açılması, İtaliyada imzaladığımız saziş bunlardandır. Ancaq bugünki tədbirin önəmi ortaq yol xəritəsinin yaradılması və gəncləri praktik təlimlərə cəlb etmək, ümumiyyətlə bu cameəni assosiasiya şəklində birləşdirib özünüidarə funksiyasına yönəltməkdir.

Mill Kulinariya Mərkəzi birmənalı olaraq elmi bazanın yaranmasında, reyestrin formalaşmasında məsələyə siyasi və ədəbi zəmində, kulinariya elminin yaradılması istiqamətində işlər aparır. Aşpazlarla iş bizin dəstəyimizlə həm maddi həm mənəvi dəstəyimizlə icra olunacaq. Amma bundan sonra tutaq ki, 5 -10 aşpaz yığılıb assosiasiyasını açmaq üçün bizə müraciət edə bilər. Onların bütün problemlərin həll etməyə çalışacağıq və onlar da Azərbaycanın Milli mətbəxini həm turistlərə, həm də Azərbaycana gəlmiş digər qonaqlarla bununla bağlı iş proseslərini quracaqlar. Bugünki təlimin əsas məqsədi gənc aşpazları, gənc kulinarları, qida texnoloqlarını bu zəmində tərbiyə etmək və bu zəmində onların təşkilatlanmasına hüququ zəmində yardım etməkdir.