Bakı 27˚C Mostly cloudy

“Biz müharibədən yorulmuşuq, nə Çinlə, nə də Rusiya ilə müharibə istəmirik” – Amerikalı general

Gündəm 14:21 29 okt, 2021

ABŞ Baş-qərargah rəisi general Con Hayten emosional açıqlama verib

“Biz müharibədən yorulmuşuq, nə Çinlə, nə də Rusiya ilə müharibə istəmirik” – <span style="color:red">Amerikalı general</span>

ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədr müavini, general Con Hayten emosional açıqlama verib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, Hayten Amerika Birləşmiş Ştatlarının heç bir ölkə ilə müharibə aparmaq istəmədiyini vurğulayıb.

“Ümid edirəm ki, hər kəs bizim İranla müharibə etmək istəmədiyimizi bilir. Biz Çinlə müharibə istəmirik. Biz Rusiya ilə müharibə istəmirik. Biz Şimali Koreya ilə də müharibə istəmirik. Əslində biz müharibələrdən yorulmuşuq. Yenə müharibə etmək istəmirik. Diplomatiyanın işləməsini istəyirik. Ümid edirəm ki, nə zamansa, Çin və Rusiya ilə bir stol arxasında əyləşərik və hər şeyi müzakirə edərik”.

Mənbə