Bakı -9˚C Windy

Bizdə normal hökumət olsaydı, Bakının bəyanatlarına cavab verərdi - Tavenyan

Gündəm 00:42 29 noy, 2022
Bizdə normal hökumət olsaydı, Bakının bəyanatlarına cavab verərdi - Tavenyan

Bizdə normal hökumət olsaydı, Bakının bəyanatlarına cavab təşəbbüsü ilə çıxış edərdi.

Qazet.az xəbər verir ki, bu fikiri “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan səsləndirib.

O, bildirib ki, Ermənistanda Azərbaycanın bəyanatlarının cavabsız qalması hakimiyyətin oyun qaydasına çevrilib.

“ER Milli Assambleyası dekabrın 2-də növbədənkənar iclas keçirəcək, təşəbbüs müxalifətin “Hayastan” fraksiyasına məxsusdur, məqsəd məhz Bakının bəyanatlarına cavab verməkdir” – deyə Tevanyan bildirib.

“Ermənistan” fraksiyasının deputatının məntiqsiz açıqlamasına görə, Azərbaycan Ermənistanla yenə ultimatumlar, şantajlar və təhdidlər dili ilə danışır.

“Təhlükəsizliyimizə təhdid yaradan tələblər irəli sürülür, bizim üçün qəbuledilməz olan ifadələr işlədilir. Bütün bunları cavabsız qoymaq ən azı razılıq və ya qorxu əlamətidir”, – deyə Tavenyan bildirib.