"Bizə deyirlər ki, Azərbaycanda nə işiniz var" - Ərdoğan
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
“Mustafa Kamal Atatürk Suriyada, Liviyada, Çanaqqalada, Qafqaz sərhədlərimizdə olub”.
Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü anma mərasimində çıxışı zamanı bildirib.
“İndi bizə deyirlər ki, Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var. Bəs siz Atatürk yolu ilə gedirdiniz?! Görünür, dürüst deyillər. Türkiyə bu gün də Suriyadadır, Liviyadadır, Qafqazdadır.
Bu millət harada, nə etmək lazım olduğunu kifayət qədər yaxşı bilir və atılması lazım olanda addımı vaxtı gələndə atır. Mustafa Kamal Atatürk proseslərin arxasında yox, önündə getmək üçün dünya və Avropada gedən prosesləri yaxından izləyirdi. İndi biz ABŞ-ın Nyu-York şəhərində BMT-nin mənzil qərargahının düz qarşısında “Türk evi”ni yaratdıq. “Nə üçün etdiniz?” deyənlər ola bilər. Qazi Mustafa Kamalın addımları bugünkü Türkiyənin də “yol xəritəsi”dir”, - Prezident vurğulayıb.