Bakı 27˚C Mostly sunny

Blinken: “ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır”

Xəbərlər 23:36 15 sen, 2022
Blinken: “ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır”

ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və bu vəziyyəti saxlamağa çalışacaq.

Qazet.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.

“Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - deyə o bildirib.