Bakı 21˚C Mostly sunny

Blinken və Stoltenberq Rusiya təhlükəsini müzakirə etdi

Gündəm 10:33 24 dek, 2021

 Bildirilib ki, alyans əvvəlki qaydada Rusiya ilə konstruktiv dialoqa hazırdır və bununla yanaşı müttəfiqlərini qorumaq üçün vahid cəbhədən çıxış edir.

Blinken və Stoltenberq Rusiya təhlükəsini müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken və NATO rəhbəri Yens Stoltenberq Rusiya qoşunlarının Ukrayna sərhədində toplanmasından dolayı yaranan ümumi narahatlığı müzakirə ediblər.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Tərəflər NATO-nun Rusiyaya ikitərəfli yanaşması ilə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, alyans əvvəlki qaydada Rusiya ilə konstruktiv dialoqa hazırdır və bununla yanaşı müttəfiqlərini qorumaq üçün vahid cəbhədən çıxış edir.