"Bloomberg" 2022-nin lider valyutasını elan etdi - Dollar deyil
Rubl bir az da yüksəlib
Rusiya rublu 2022-ci ildə dünyanın ən yaxşı valyutası olacaq.
Qazet.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə ötən həftə məşhur analitik mərkəz Bloomberg məlumat verib.
Son hesablamalara görə, rublun dollara qarşı kursu 2022-ci ildən 11% yüksəlib.
Beləliklə, rubl dünyanın 31 əsas valyutası içində liderliyi ələ alıb.
Rublun möhkəmlənməsi Ukraynaya hərbi müdaxilədən sonra Qərbin Rusiyaya sanksiyalarından başlayıb.
Rus hökuməti kapitalın bütünlükdə hərəkətini nəzarətə alıb.
Rusiya prezidenti Vladimir Putinin qazı Avropaya rublla satacağını elan etməsindən sonra rubl bir az da yüksəlib.
Rus rublu əksinə görülən tədbirlərə yaxşı reaksiya verib.
Onun birjada real qiyməti o demək deyil ki, real hesablaşmalarda eyni qiymətə dəyərləndirilir.