Bakı 9˚C Mostly cloudy

“Bloomberg” 2023-cü ildə bazarlar üçün beş pis ssenarisini açıqlayıb

Biznes 18:22 28 dek, 2022
“Bloomberg” 2023-cü ildə bazarlar üçün beş pis ssenarisini açıqlayıb

“Bloomberg” gələn il üçün qlobal iqtisadiyyat və bazarlar üçün beş əlverişsiz ssenari dərc edib, Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

Birinci – hökumət orqanlarının gözlədiyi kimi inflyasiya aşağı düşməyəcək, lakin bahalı enerji resurslarına görə yüksək səviyyədə qalacaq, mərkəzi bankları faiz dərəcələrini daha da artırmağa məcbur edən möhkəm inflyasiyadır.

İkinci – Çində epidemioloji vəziyyət kəskinləşəcək ki, bu zaman ölkənin səhiyyə sistemi yoluxmaların axınının öhdəsindən gələ bilmir.

Üçüncü – bu ssenari də Covid ilə bağlıdır, hansı ki yeni məhdudiyyətlər dalğasına səbəb olacaq daha yoluxucu xəstəliyin meydana çıxdığı halda həyata keçə bilər.

Dördüncü – Ukraynada münaqişə kəskinləşəcək, əgər NATO bu konfliktdə iştirak edərsə.

Beşinci – inkişaf etməkdə olan bazarlarda davam edən eniş olacaq.