"Bloomberg" - Rusiya Avropa bazarını itirdi
AB-yə neft idxalına qadağa qoyulması Rusiyanın neft gəlirlərinə ağır zərbə vurub.
Qazet.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası AB-nin Rusiya neftinə qarşı dekabrın 5-dən qüvvəyə minmiş sanksiyalarının enerji qiymətlərinin kəskin artmasına səbəb olacağından ehtiyat edirdi:
"Rusiya neftinin tankerlərlə daşınması üçün logistika, sığorta və maliyyə xidmətlərinə qoyulan qadağa xüsusi narahatlıq doğurub. Təsiri yumşaltmaq üçün qiymət həddinin bir barrel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi təklif edilib - bu halda tədarük və xidmətlərə qadağa tətbiq edilmir.
Moskva Avropa bazarını itirib - yəni sutkada 1,5 milyon barrel... Polşa və Almaniya boru kəmərləri vasitəsilə neft idxalını dayandırmaq üzrə öhdəliklərini yerinə yetirsələr, ilin sonuna qədər o, gündə daha 500 min barrel itirəcək".