Bloomberg: Rusiya neftinin qiyməti gözlənilən həddən aşağı düşüb
Biznes
02:00 29 noy, 2022
Rusiyanın Urals markalı neftinin qiyməti bir barelə görə 51,96 dollara düşüb.
Qazet.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Beləliklə, Rusiya neftinin qiyməti Avropa İttifaqının müəyyən etdiyi 60-70 dollar səviyyəsindən də aşağıda olub.
Bu arada Bloomberg onu da qeyd edir ki, Rusiya neftinin dünya bazarlarına tədarük həcmi əvvəlki ayın səviyyəsində qalır və hazırda azalma tendensiyası görünmür.