BMT Baş Assambleyası Rusiyanı rədd etdi
Rusiya BMT Baş Assambleyasının Ukrayna ərazilərinin ilhaq cəhdlərini pisləyən qətnaməsinə səsvermənin gizli olmasını istəyib, lakin uduzub.
Qazet.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bazar ertəsi, oktyabrın 10-da 107 ölkə psevdoreferendum və Ukraynanın dörd bölgəsinin qanunsuz ilhaq cəhdini pisləyən qətnamə layihəsinə gizli deyil, açıq səsvermənin keçirilməsini dəstəkləyib. Yalnız 13 ölkə ictimai səsverməyə qarşı çıxdı, 39-u bitərəf qaldı, qalanları isə səs vermədi.
Baş Assambleya gizli səsvermənin keçirilməsi imkanının yenidən araşdırılmasına da qarşı çıxıb.
Qətnamə Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaqını pisləmək üçün hazırlanır. Mətndə qeyd olunur ki, BMT ölkələri və beynəlxalq qurumlar “siyasi dialoq, danışıqlar, vasitəçilik və digər dinc vasitələrlə” münaqişənin sülh yolu ilə dayandırılmasını dəstəkləməlidir.