BMT baş katibi Ancelina Colidən yazdı - FOTO
Gündəm
17:30 16 sen, 2021
Məşhur aktrisa Ancelina Coli ilə görüş
![BMT baş katibi Ancelina Colidən yazdı - <span style="color:red">FOTO</span>](https://qazet.az/resized/fit900x500/center/pages/25604/c0dd0965-c498-4039-b080-4657e47159f8.jpeg)
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri, məşhur aktrisa Ancelina Coli ilə görüşüb.
Qazet.az xəbər verir ki, Amerikalı aktrisa ilə görüşdən sonra Quterreş “Twitter” hesabında “səsini bütün dünyada uşaq hüquqları üçün istifadə edən” Coliyə təşəkkür edib.
“Hər bir uşağın sağlam, təhlükəsiz və dinc bir uşaqlıq yaşamaq və bütün potensialına uyğun olaraq inkişaf etdirmək haqqı var”, - deyə Quterreş vurğulayıb.