BMT baş katibi: “Dünyada ərzaq qiymətləri kəskin ucuzlaşıb, amma...” - FOTO
“Dünyada ərzaq qiymətləri kəskin şəkildə aşağı düşüb”.
Qazet.az-ın məlumatına görə, bunu BMT baş katibi Antonio Quterreş özünün “Twitter” hesabında yazıb.
Bununla belə, o, qiymətlərin hələ də keçən illə müqayisədə təxminən 8% yüksək olduğunu bildirib.
Baş katib Qara Dəniz Taxıl Təşəbbüsünün imzalanmasından bəri 29 ölkəyə 4,3 milyon tondan çox ərzaq daşındığını vurğulayıb.
“Daşınmalar artmalıdır ki, əmtəə bazarları daha da sabitləşsin”, - deyə Quterreş sözlərini yekunlaşdırıb.
Since the signing of the Black Sea Grain Initiative, +4.3 million metric tonnes of food have been moved, bound for 29 countries.
— António Guterres (@antonioguterres) September 24, 2022
Food prices have dropped sharply but are still almost 8% higher than last year.
Shipments must increase so commodity markets can further stabilize.