BMT Baş katibi Pekin olimpiadasına qatılacağını bəyan edib
Maraqlı
05:11 10 dek, 2021
Qış Olimpiya Oyunları gələn il 4-20 fevralda keçiriləcək.
BMT-nin Baş katibi Antoniu Quterreş Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək təklifini qəbul edib.
Qazet.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, Baş katib 2022-ci ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Çin hökumətindən dəvət alıb və bunu qəbul edib.
Qeyd edək ki, ABŞ daxil olmaqla bir neçə ölkə Pekin olimpiadasını boykot edib.
Qış Olimpiya Oyunları gələn il 4-20 fevralda keçiriləcək.
reuters