Bakı 15˚C Windy

BMT Baş katibinin müavini: “Ukraynada atəşkəsə nail olmaq çox vacibdir”

Gündəm 11:36 12 mar, 2022

Martın 9-da razılaşdırılmış altı dəhlizin beşindən 51 mindən çox insan təxliyə edilib

BMT Baş katibinin müavini: “Ukraynada atəşkəsə nail olmaq çox vacibdir”

“Ukraynada humanitar dəhlizlərin işi davam etdirilməlidir”.

Qazet.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı biolaboratoriyalar üzrə iclasında deyib.

Onun sözlərinə görə, martın 9-da razılaşdırılmış altı dəhlizin beşindən 51 mindən çox insan təxliyə edilib:

“Mühasirəyə alınmış ərazilərdən mülki şəxslərin təhlükəsiz çıxışını və digər şəxslərə lazımi həyati xilasedici humanitar resursların çatdırılmasını təmin etmək üçün atəşkəsə nail olmaq çox vacibdir. Dəhlizlər aydın prinsiplər və modellər əsasında yaradılmalıdır. Mülki şəxslər qeyd olunan əraziləri könüllü olaraq seçdikləri istiqamətdə tərk etmək imkanları barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalıdırlar".